Ucnoqta.az
www.ucnoqta.az

Bakıda daha bir yol bağlanacaq -<font color=red><b> Təmir başlanır</b></font>

19:15 - 11 Oktyabr 2019 tarixində dərc olunub.

Bakıda daha bir küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, aparılacaq təmir işləri ilə əlaqədar oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir./trend

Müəllif: