İranda yeni qaz yatağı aşkar edilib

16:19 - 10 Oktyabr 2019 - DÜNYA

İranın cənubunda, təxminən, 1 trilyon kubmetr ehtiyatı olan təbii qaz yatağı aşkar edilib. 

"Report" İran mətbuatına istinadən xəbər verir ki, yataq ölkənin Fars əyalətində, 3 900 metr dərinlikdə yerləşir. 

İran Milli Neft Şirkətinin kəşfiyyat direktoru Salih Hindi bu yatağın paytaxt Tehranın "mavi yanacağ"a olan 16 illik tələbatını ödəmək iqtidarında olduğunu deyib. 

Xatırladaq ki, İranın qaz ehtiyatları 33 trilyon kubmetrdir və bu baxımdam İslam Respublikası dünyada Rusiyadan sonra 2-ci yeri tutur.

Xəbər xətti