NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

11:58 - 10 Oktyabr 2019 - DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə səfər edəcək.

Məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb. O, son günlərin əsas mövzularına dair Türkiyə rəsmiləri ilə müzakirələr aparacaq.

Baş katibin Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir./report

Xəbər xətti