Daha iki rayona gecə reyslərinə start verilir

11:52 - 10 Oktyabr 2019 - Xəbər

Gecə reyslərinə yeni istiqamətlər əlavə olunub.

Bakı Beynəlxaq Avtovağzal Kompleksindən (BBAK) verilən məlumata görə, 18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək.

Qeyd olunan yeni reyslərin vaxtı isə belədir:

Bakı - Mingəçevir - 23:30,
Mingəçevir - Bakı - 01:00,
Bakı - Şəki - 23:30,
Şəki - Bakı - 23:30.

Biletlər bu gündən satışdadır.
Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı, Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.

Xəbər xətti