“19 min dollar verdim, amma...” - Brilliantdan ŞOK İTTİHAM- Video

Xalq artisti Brilliant Dadaşova Türkiyənin TV 8 kanalına şok açıqlamalar verib.

Məşhur müğənni iki türkiyəli musiqiçi Fettah Can və Metin Özülkünü dələduzluqda ittiham edib. “Metini proqramda görmüşdüm. Dedi ki, mənə mahnılar verəcək. 4-5 yeni mahnı yazıb aranjıman edəcək. Əvvəlcədən ödənişlər oldu. Hətta, studiyasına gedib bir neçə mahnını ifa etdim. Daha sonra zəng vurdum, bəhanələr söyləyirdi. Gah dedi köçürəm, gah da dedi ki, sevgilimdən ayrılmışam, problemlərim var. Pulum da getdi, mahnılarım da... 19 min dollar Metinə, 18 min dollar isə Fettah Cana pul ödəmişəm”.

Dadaşovanın sözügedən açıqlaması “Gel Konuşalım” proqramında müzakirə edilib. Moderator Seray Sever hər iki musiqiçinin belə bir şey edə bilməyəcəyini qeyd edib: “Böyük pullardır. Hər iki musiqiçi bu qədər pula mahnı yazmır”.
Maqazin yazarı Cengiz Cemercioğlu illərdir bu məsələnin aktual olduğunu, Dadaşovanın dəfələrlə belə açıqlama verdiyini qeyd edib:

“Bu xəbərdən çox yazmışam. 8-9 ildir eyni şeylərdən danışır. Gündəmə gəldiyi an bu mövzunu qabardır. Düşünürəm ki, özünü belə reklam edir”./qafqazinfo

Tarix
10 Oktyabr 2019 [10:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-10 10:38:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin