Kişi qonşusunu öldürüb, cəsədini mənzilin divarında gizlətdi

ABŞ-ın Kaliforniya ştatının sakini qonşusunu öldürərək cəsədini altı il mənzilinin divarına gizlədib.

ABŞ-ın Los-Anceles şəhər sakini Reyven Kempbellin 2009-cu ilin iyunundan bəri itkin düşdüyü bildirilirdi. 2015-ci ilin iyul ayında qadının ailəsinə anonim zəng gəlir. Zəng edən şəxs qadının yaşadığı mənzilin divarına basdırıla biləcəyini söyləyib.

Mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib. Axtarış itlərindən istifadə edən polis Kempbellin cəsədini tapıb. Məlum olub ki, qonşular artıq illərdir xoşagəlməz qoxudan şikayət edirmişlər.

Cinayətdə günahkar bilinən 47 yaşlı Randolf E. Qarbutt olub. O, öldürülən qadının keçmiş otaq yoldaşı olub. Prokurorlar Qarbuttun qətl silahı olaraq çəkicdən istifadə etdiyini bildiriblər. Ona 11 il həbs cəzası verilib./oxu.az

 

Tarix
10 Oktyabr 2019 [10:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-10 10:06:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin