Bakıda "Muravey" səkiyə çırpıldı, 32 yaşlı kişi öldü

20:17 - 9 Oktyabr 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Səbail rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayılov Elvin Ağamehdi oğlu idarə etdiyi "Muravey" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və Səbail rayonu, M.Qurban küçəsi 2 ünvanındakı səkiyə çırpılıb.
Qəza nəticəsində E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb./trend

Xəbər xətti