Filipp ilə Aygünün sevgi dolu “Calma”sı -VİDEO

19:38 - 9 Oktyabr 2019 - MAQAZİN

Rusiya estradasının pop kralı Filipp Kirkorovla Xalq artisti Aygün Kazımova “Calma” adlı duetlərinə çəkilən kliplərini təqdim ediblər.

Sözügedən ekran işi “Jara-2019” beynəlxalq musiqi festivalında lentə alınıb. Klip Xalq artisti Aygün Kazımovanın rəsmi “Youtube” kanalında yayımlanıb.

Qeyd edək ki, 30 və 31 oktyabrda Rusiya şou-biznesinin kralı, Rusiyanın xalq artisti Filipp Kirkorov Azərbaycanın paytaxtı Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək. Yeni şounun özünəməxsus adı var - “#Tsvet nastroyeniya” (#Əhvalın rəngi)./oxu.az

 

Xəbər xətti