Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır

Azərbaycanda ən yeni hava müşahidə sistemlərinin quraşdırılması işlərinə başlanılır.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib ki, quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək.

Ə.Əsgərov əlavə edib ki, bu yaxınlarda bir qrup əməkdaşları ABŞ-dan alınan dopler radarlarının öyrənilməsi məqsədilə həmin ölkənin Alabama ştatında səfərdə olub. Səfər çərçivəsində Departamentin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək./trend

 

Tarix
9 Oktyabr 2019 [17:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-09 17:30:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin