Ata qızını qəlyan çəkdiyi üçün liftdə döydü - VİDEO

Rusiyanın Ufa şəhərində ata qızını dostları ilə qəlyan çəkdiyi üçün döyüb. Ucnoqta.az xəbər verir ki, o, 13 yaşlı qızının dostları ilə birlikdə şəhərdə yerləşən qəlyan klubların birinə getdiyini sosial şəbəkədən öyrənib.

Əsəbiləşmiş kişi kluba gələrək hay-küy salıb və qızını aparmağa çalışıb. Lakin məktəblinin dostları buna mane olmaq istəyiblər. Bu onlarda alınmayıb.

Qəzəblənmiş ata qızını liftə vurmağa başlayıb, özü ilə gətirdiyi və müdaxilə etmək istəyən nənə də bundan payını alıb.

Bildirilir ki, görüntülərdən sonra, valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə ata  haqqında inzibati protokol tərtib edilib.

Hazırda qız həkim müayinəsindən keçirilir,  yoxlamanın nəticələri məlum olduqdan sonra prosessual qərar veriləcək.

 

Namiq Musayev

 

 

Tarix
9 Oktyabr 2019 [16:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-09 16:08:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin