Qaxdakı partlayışla bağlı cinayət işi başlandı

Qax rayonunda baş verən partlayışın səbəbi məlum olub.

Hadisə rayonun Azərbaycan prospekti, "Pivə zavodu" deyilən ərazidə baş verib. Həmin ərazidə təmizlik işləri aparan Qax rayon Kommunal Müəssisələr Kombinatının işçiləri təxminən 2-3 il əvvəl həmin küçəyə tökülmüş torpağı ələkdən keçirərkən qəfildən partlayış baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı ilkin araşdırma zamanı müəyyən edilib ki, ələnən torpağın içərisində partlamamış partlayıcı maddə və ya hərbi sursat olub. Torpağın ələnməsi zamanı baş verən sürtünmə zamanı həmin partlayıcı maddə partlayıb və nəticədə hadisə yerində olan 6 nəfər xəsarət alıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, baş vermiş partlayış nəticəsində 1993-cü il təvəllüdlü Beraşvili Sarpion Rapo oğlu, 1955-ci il təvəllüdlü Beraşvilli Rapo Sarpion oğlu, 2000-ci il təvəllüdlü Papiaşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Nuraşvilli David Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğlu və 1975-ci il təvəllüdlü Zeynalaşvili Jamali Andro oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər./trend

Tarix
9 Oktyabr 2019 [10:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-09 10:17:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin