Bakıda 21 yaşlı qız 9 aydır itkin düşüb

09:37 - 9 Oktyabr 2019 - HADİSƏ

Bakıda 21 yaşlı qız itkin düşüb.

Hadisə bu ilin yanvar ayında paytaxtın Xətai rayonu ərazində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Bahar Əzimova Neapol küçəsi ev 16 ünvanından çıxaraq bir daha geri qayıtmayıb.

Lakin bu barədə qızın anası 9 aydan sonra, oktyabrın 7-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti