Hacı Əliyev Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

18:26 - 8 Oktyabr 2019 - İDMAN

Oktyabrın 10-da Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir start götürəcək.

Beş gün davam edəcək yarışda Azərbaycanı yığmanın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Memorialda ədaləti qoruyacaq./report

 

Xəbər xətti