“Citroen” yük maşınına çırpıldı: eyni ailədən olan 3 nəfər öldü - VİDEO

Türkiyənin Mardin vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Mardin-Diyarbəkir avtomagistralının Akreşke keçidində qeydə alınıb.

Məlumata görə, Adil Sengon idarə etdiyi 73 AH 909 qeydiyyat nömrə nişanlı “Citroen Berlingo” markalı avtomobili yol kənarında park edilmiş Adil Şəngülə məxsus 06 JNT 81 qeydiyyat nömrə nişanlı yük maşınına arxadan çırpıb. Toqquşmanın şiddətində minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb.

Nəticədə “Citroen”də olan eyni ailədən 3 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarətlər alıblar. Yaralılara ambulanslarla Mardin Dövlət Xəstəxanasına çatdırılıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

 

Tarix
8 Oktyabr 2019 [12:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-08 12:18:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin