"Qarabağ" Avropada yüzfaizlik nəticə göstərən 5 komandadan biridir

Avropanın futbol üzrə yüksək dəstələrində yüzfaizlik nəticəyə malik komandaların sayı 5-ə enib.

Bu, “İnter”in İtaliya A Seriyasının VII turunda evdə “Yuventus”a 1:2 hesablı məğlubiyyətindən sonra baş verib. Hazırda milli çempionatlarda bütün oyunlarda qalib gələn kollektivlər arasında “Qarabağ” da var. Premyer Liqada ardıcıl 7 qələbə qazanan Ağdam təmsilçisi 21 xalla vahid liderdir.

Bundan başqa, Ukraynada “Şaxtyor” 10, İngiltərədə isə “Liverpul” 8 matçda qalib gəlməklə turnir cədvəlinə başçılıq edir.
Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Kipr təmsilçisi APOEL isə bütün görüşlərdən zəfərlə ayrılsa da, milli çempionatda zirvədə qərarlaşımayıb. Səbəb avrokubok matçları ilə əlaqədar nikosiyalıların 3 qarşılaşmasının təxirə salınmasıdır. Ona görə də APOEL hazırda 6 xalla 8-ci sıradadır.

“Tre Penne” isə San Marinoda keçirdiyi hər 3 oyunda qalib gəlib. Həvəskar status daşıyan çempionatda B qrupunda yer alan komanda hazırda liderdir.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasında son 6 mövsümün qalibi olub. 1992-ci ildən keçirilən ölkə çempionatlarının tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınmış 6 belə hadisəyə 3 komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub kimi tarixə düşüb./report

Tarix
7 Oktyabr 2019 [19:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-07 19:00:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin