“Ford” ağır yol qəzasına səbəb oldu – VİDEO

11:51 - 7 Oktyabr 2019 - HADİSƏ

Sankt-Peterburqda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Vıborsk rayonunun Enqeles prospektində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Ford Mondeo” “KİA” markalı avtomobillə toqquşub, idarəetmədən çıxan maşın əvvəlcə avtobus dayanacağına sonra da səkidə dayanan 2 piyadanı vurub.

Nəticədə 1 nəfər yaşlı qadın həyatını itirib, daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə başlı araşdırmalar aparır.

 

Namiq Musayev

 

Xəbər xətti