Qadın sürücü avtodayanacağın girişində avtomobili aşırtdı - VİDEO

07:25 - 5 Oktyabr 2019 - HADİSƏ

İstanbulda alış-veriş mərkəzinə gələn müştəri avtomobilini aşırıb. Ucnoqta.az xəbər verir ki, insident Başakşəhər rayonunda yerləşən ticarət mərkəzlərinin birində qeydə alınıb. Məlumata görə, xanım sürücü avtomobili ilə ticarət mərkəzinə gəlib. Maşınını dayanacaqda park etmək istəyən sürücü girişdə dayanmaq istəyib, lakin səhvən əyləci yerinə qaza sıxıb və idarəetmədən çıxan avtomobil beton arakəsməyə çırpılaraq aşıb. Qəzanı görən ticarət mərkəzinin təhlükəsizlik əməkdaşı və ətrafdakı insanlar dərhal qadının köməyinə gələrək vəziyyəti səhiyyə işçilərinə bildiriblər. Avtomobilin içərisindən çıxarılan bəxtsiz qadına ilkin tibbi yadım, hadisə yerinə gələn ambulansda göstərilib.

 

Namiq Musayev

 

Xəbər xətti