AFFA-nın baş katibi milli komandanın üzvləri ilə görüşüb

19:40 - 4 Oktyabr 2019 - İDMAN

AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. Komandanın baş məşqçisi Samir Əliyev oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün çalışacaqlarını bildirib.

Görüşdə İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın Texniki direktoru Bernhard Lippert iştirak edib.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Norveç, 12-də Çexiya, 15-də isə San Marionunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qrupun oyunları Çexiyada keçiriləcək./report


Xəbər xətti