Salyanda bank hesablarından oğurluq edən şəxs saxlanılıb

19:36 - 4 Oktyabr 2019 - HADİSƏ

Salyanda bank hesablarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının da bank hesabından 1300 manat çıxararaq oğurlaması müəyyən edilib./trend

 

Xəbər xətti