“Protiv” girən yük maşını ağır qəzaya səbəb oldu: 2 ölü, 3 yaralı – VİDEO

15:04 - 4 Oktyabr 2019 - HADİSƏ

Krımda üç nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident səhər saatlarında “Tavrida” trasının Rusakova kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Renault Magnum” markalı yük maşınının sürücüsü hərəkətin əks istiqamətinə çıxaraq əvvəlcə “Qazel”lə sonra da “Chevrolet” markalı avtomobillə toqquşub. Qəzanın şiddətindən hər üç maşın deformasiyaya uğrayıb. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadları gəlib. Yaralılar "təcili tibbi yardım" maşınları ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

 

 

Xəbər xətti