Yük maşını timsahın üstündən keçdi - FOTO

07:41 - 3 Oktyabr 2019 - HADİSƏ

Rusiyanın Moskva əyalətində yük avtomobilinin və timsahın iştirakı ilə qeyri-adi yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident ötən gün axşam saatlarında qeydə alınıb.

Qeyri-adi yol nəqliyyat-hadisəni DİN-nin əyalət üzrə mətbuat xidmətindən təsdiqləyiblər.

Bildirilib ki, Tarasovsky kəndinin Mərkəzi küçəsi 52 ünvanında yük maşını timsahın üstündən keçib və heyvan tələf olub.

Yerli sakinlərin sözlərinə görə, bu yaxınlarda burada sirk keçirilmişdi. Ola bilsin timsah ordan qaçıb.

Müvafiq qurumlar araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Xəbər xətti