Ağır yol qəzası: 1 nəfər yanaraq öldü, 8 nəfər isə yaralandı - VİDEO

16:25 - 2 Oktyabr 2019 - HADİSƏ

Rusiyanın Sankt-Peterburq əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident səhər saatlarında Volxonsky şosesinin 16-cı kilometrliyində qeydə alınıb.

Məlumata görə, “Mazda” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükan idarəetməsini itirərək əks yola çıxıb və 20 nəfərin olduğu 403 saylı marşrut üzrə hərəkət edən “PAZ” markalı avtobusla toqquşub. Qəzanın şiddətindən hə iki nəqliyyat vasitəsi yanmağa başlayıb.

Nəticədə “Mazda”nın sürücüsü yanaraq həyatını itirib. Daha 8 nəfər isə xəsarət alıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

 

Xəbər xətti