“BMW” yeni nəsil “X5 M” və “X6 M” markalarını təqdim edib - VİDEO

15:36 - 2 Oktyabr 2019 - AVTO

“BMW” şirkəti yeni nəsil “X5 M” və “X6 M” krossoverini təqdim edib. Ucnoqta.az xəbər verir ki, bu barədə oktyabrın 2-də alman şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hər iki modelə 4.4 litrlik benzinlə işləyən V8 mühərrikli 600 at gücündə olan iki turbinli və firmanın tam ötürücü sistemi quraşdırılıb. Cütlükdə mühərrik 8 pilləli avtomat sürət qutusu ilə işləyir. “BMW” “X5 M” və “X6 M” 0-dan 100 kilometr saatı 3.9 saniyəyə yığır. Onların maksimal sürəti saatda 250 kilometrə çatır.

Krossoverlər modernləşdirilmiş şassi, adaptiv asma amortizatorla, aktiv kren yatırılma sistemi və təkmilləşdirilmiş idarəetmə sükanı ilə təchiz olunub.

Yeni “BMW” “X5 M” və “X6 M” Avropa bazarlarına 2020-ci ilin birinci yarısında satışa çıxarılacaq.

 

Namiq Musayev

 

 

Xəbər xətti