"WhatsApp" istifadəçilərinə ŞAD XƏBƏR: köhnə mesajlar avtomatik silinəcək

13:05 - 2 Oktyabr 2019 - DİGƏR

"WhatsApp" şəbəkəsi yoxa çıxan mesajların funksiyasını sınamağa başlayıb.

Bu barədə "The Verge" məlumat yayıb. Yeni funksiyanın köməyi ilə istifadəçilərin müəyyən etdiyi vaxtda seçilmiş köhnə mesajlar avtomatik olaraq silinəcək. Funksiya artıq "Android"in 2.19.275 versiyasında işləyir.

Hələlik bu funksiya test rejimindədir və hər kəs üçün işlək deyil. Funksiyanın bütün istifadəçilər üçün işlək olacağı vaxt açıqlanmır./baku.ws

Xəbər xətti