Şəkidə "Mercedes" yanaraq külə döndü - VİDEO

11:24 - 2 Oktyabr 2019 - HADİSƏ

Şəkidə "Mercedes" markalı avtomobil yanıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Balakən-Yevlax yolunun Şəki rayon Kiçik Dəhnə kəndinə düşən ərazisində baş verib.

"Mercedes" markalı avtomobilin mühərrik hissəsində baş verən yanğın bir anda bütün avtomobili bürüyüb. Avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunublar. Yanğın söndürülüb.

 

Xəbər xətti