Turistlərin olduğu avtobus aşdı: 21 ölü, 50 yaralı – VİDEO

15:30 - 1 Oktyabr 2019 - HADİSƏ

Hindistanda turistlərin olduğu avtobus qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün ölkənin Qujarat əyalətinin Banaskanza bölgəsində qeydə alınıb.

Məlumata görə, məbədləri ziyarətə gələn turistlərin olduğu avtobus, güclü yağışdan sonra yolların sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Nəticədə 21 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb.

Yaralılar “təcili tibbi yardım” maşınları ilə xəstəxanalara çatdırılıblar.

 

Namiq Musayev

 

 

Xəbər xətti