Avtomobil körpüsü çökdü: 10 yaralı, 5 itkin - VİDEO

13:46 - 1 Oktyabr 2019 - HADİSƏ

Tayvanda avtomobil körpüsünün uçması nəticəsində 10 nəfər ağır xəsarət alıb, 5 nəfər isə itkin düşüb. Ucnoqta.az xəbər verir ki, insident oktyabrın 1-də İlan dairəsində qeydə alınıb. Hadisənin görüntüləri nəzarət kamerasının obyektivinə düşüb.

Kadrlarda, ağır tonnajlı yük avtomobilinin körpünün üzərində hərəkətdə olduğu görülür.

Lakin maşının körpünü keçməsinə azacıq qalmış körpü bir anda çökür. Körpünün çox hissəsi suya düşür, yanacaq daşıyan maşın isə balıqçı gəmisinin üzərinə aşaraq yanmağa başlayır.

Bildirilir ki, xilasedicilər 10 nəfəri sudan çıxara biliblər və onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Yaralılardan altısının vəziyyəti ağır qiymətləndirilir. Yanacaq daşıyan maşınının düşdüyü balıqçı gəmisində olan 5 nəfərin taleyi isə hələ məlum deyil.

Axtarışlar davam etdirilir.

 

Namiq Musayev

 

Xəbər xətti