Hərəkətdə olan “Range Rover” yanıb kül oldu – ANBAAN GÖRÜNTÜ

06:29 - 1 Oktyabr 2019 - HADİSƏ

Türkiyədə hərəkətdə olan lüks avtomobil yanaraq kül olub. Ucnoqta.az xəbər verir ki, insident Bartın–Safranbolu avtomagistralının Bayıryüzü istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Həyati Yağlının idarə etdiyi 74 AAG 103 dövlət qeydiyyat nömrə nişanlı “Range Rover” markalı minik avtomobili anidən alovlanıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Qısa müddət ərzində yanğın söndürülsə də  avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən yanğın zamanı ölən və ya yaralanan olmayıb.

Polis araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Xəbər xətti