Müəllim dərs zamanı şagirdi vəhşicəsinə döydü - VİDEO

15:48 - 30 Sentyabr 2019 - HADİSƏ

Ukraynada müəllim yuxarı siniflərdən olan şagirdi dərs zamanı döyüb. Ucnoqta.az xəbər verir ki, insident Çernoviçkoy əyalətində qeydə alınıb.

Görüntülərdə, müəllim masa arxasında əyləşmiş şagirdi necə şillələdiyi görülür və digər sinif yoldaşı da bunu mobil telefonla çəkərək sosial şəbəkədə yayımlayır.

Yerli medianın məlumatına görə, hadisə 2018-ci ildə baş verib, lakin şagird ona qarşı edilən şiddətlə bağlı şikayət etməyib.

Bir müddət sonra məktəb direktoru həmin kadrları izləyir və söz verir ki, ya müəllimi işdən çıxaracaq, ya da töhmət verəcək.

Müəllimin hansı cəza alması ilə bağlı məlumat verilmir.

 

Namiq Musayev

 

 

Xəbər xətti