Qar yağdı, 171 yol qəzası baş verdi: 13 nəfər xəsarət alıb - VİDEO

12:11 - 30 Sentyabr 2019 - HADİSƏ

Kanadanın Alberta əyalətində güclü qarın yağması səbəbindən baş vermiş 171 yol nəqliyyat-hadisəsi nəticəsində 13 nəfər xəsarət alıb.

Ucnoqta.az “CBC”yə istinadən xəbər verir ki, qəzalardan biri kütləvi olub – eyni anda 16 avtomobil toqquşub.

Bildirilir ki, yerli hava limanlarında onlarla reys təxirə salınıb. Müvafiq dövlət orqanları avtomobil sahiblərindən isə səfərlərdən imtina etməyi çağırırlar.

Sinoptiklərin verdiyi hava proqnozuna görə, Alberta əyalətində yerləşən Kalqaridə sentyabrın 30-da günorta saatlarına qədər 25 santimetrə yaxın qar düşməsi gözlənilir.

 

Namiq Musayev

 

 

Xəbər xətti