MiQ-29 təyyarəsi qəzaya uğrayıb

09:36 - 29 Sentyabr 2019 - HADİSƏ

Slovakiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, insident sentyabrın 28-də ölkənin qərbində, Nitryansk əyalətinin Zlata-Moravçe şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə “RTVS” məlumat yayıb.

Müdafiə naziri Danka Çapakova bildirib ki, pilot katapult edə bilib.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.

 

Namiq Musayev

Xəbər xətti