Göyərtəsində 600-dan çox insanın olduğu gəmidə yanğın baş verib – VİDEO

17:50 - 28 Sentyabr 2019 - HADİSƏ

Yunanıstanda 600-dan çox insanın olduğu “Olympic Champion” bərəsində yanğın olub. Ucnoqta.az xəbər verir ki, insident sentyabrın 28-də İqumeniç limanından Venesiya istiqamətinə hərəkətləndikdən bir müddət sonra baş verib.

Məlumata görə, yanğın zamanı dərhal avtomatik yanğınsöndürmə sistemi işə düşüb və gəmi limana geri dönüb. Bundan sonra ekipaj üzvlərindən 75, sərnişinlərdən 538 nəfər evakuasiya edilib. Onlardan ikisi isə tüstü zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Xəbər xətti