Mourinyo Zidanı əvəz etmək istəyir

10:00 - 28 Sentyabr 2019 - İDMAN

Portuqaliyalı baş məşqçi Joze Mourinyo İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi olmaq üçün Avropa klublarının bir sıra təkliflərini rədd edib.

“Report” xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. 56 yaşlı portuqaliyalı məşqçini dəvət etməkdə maraqlı olan klublar arasında “Şalke”, “Monako” və “Milan” da var. Nəşr bildirib ki, Mourinyo isə hazırda fransız mütəxəssis Zinəddin Zidanın rəhbərlik etdiyi “Real Madrid”ə qayıtmağı düşünür.

Qeyd edək ki, İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər. “Kral klubu”nun rəhbərliyi 47 yaşlı mütəxəssisin yerinə 3 namizədi nəzərdən keçirir. Bunlar italiyalı Massimiliano Alleqri, portuqaliyalı Joze Mourinyo və komandanın sabiq kapitanı ispaniyalı Raul Qonsalesdir. 

Xəbər xətti