Tramp: “İrana qarşı sanksiyalar aradan qaldırılmayacaq”

22:00 - 27 Sentyabr 2019 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Həsən Ruhaninin ölkəsinə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması ilə bağlı fikrinə münasibət bildirib. 

APA-nın xəbərinə görə, ABŞ Prezidenti “Twitter”də bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılmayacaq. “İran görüş üçün onlara qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını tələb edir. Əlbəttə ki, mən yox dedim!”, - D. Tramp qeyd edib.

Xatırladaq ki, İran dövlət başçısı nüvə sazişi üzrə danışıqların aparılması üçün ölkəsinə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Xəbər xətti