Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.
Ədliyyə polkovnik-leytenantı Asif Quliyev ədliyyə naziri Fikrət Məmmədovun əmri əsasında yeni vəzifəyə təyinat alıb. O bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. A.Quliyev yeni işində ədliyyə polkovniki Ruslan Rəsulovu əvəz edib./Apa