Prezident üç ölkəyə yeni səfir təyin edib -Sərəncam

18:08 - 27 Sentyabr 2019 - Xəbər

Cəlal Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamları ilə Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, Anar Xeybər oğlu Hüseynov isə Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.

Xəbər xətti