“CinemaPlus”da “Əlvida, Şmidt!” filminin qala-gecəsi keçirilib -FOTO/VİDEO

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Əlvida, Şmidt!” filminin qala-gecəsi baş tutub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyası və “YOL” İlk Elmi Populyar dərginin ərsəyə gətirdiyi ekran işi tragikomediya janrındadır.
Filmin yaradıcı heyəti, aktyorlar, media nümayəndələri və bloqqerlər ekran işini seyr ediblər.

Ekran əsərinin rejisoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, operator Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri isə Lalə Kazımovadır.

Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər, aktyor Azər Aydəmir, Tiflis Dövlət Akademik Rus Dram Teatrının aktrisası Mariam Kitiya canlandırıb.
Bundan başqa, filmdə Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı Əməkdar artist Zemfira Sadıqova, aktrisa Günel Məmmədova, Əlixan Rəcəbov və başqaları çəkilib.

Filmin qəhrəmanı - Emil Şmidt, düşüncələrində və istəklərində özünü çaşdıran sadə oğlandı. Həyatın ona bəxş etdiyi gözəllikləri görməyəcək qədər saf, başqa maraqlara can atacaq qədər çılğındır. Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsi bizi kədərləndirəcək, güldürəcək, narahat edəcək, yaşayacaqlarını yaşatdıracaq. Vətənimizin möhtəşəm mənzərələri , rəngarəng personajları, duzlu yumoru ilə bu müasir milli yol əhvalatı – tamaşaçının gözlədiyi həmin o filmdir ki, sizlərə “Əlvida Schmidt - salam Azərbaycan kinosu!” deyəcək!

Tədbirin keçirilməsində “Cinema Distribution”, “Cinemazadeh”, “Taksim kebap” restoranı, “Red Bull” və “Şeh Su” dəstək göstəriblər.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

Tarix
27 Sentyabr 2019 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-27 12:51:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin