Rusiyada “Boeing” qəza enişi etdi: 49 nəfər xəsarət aldı
08:48 - 26 Sentyabr 2019 - Xəbər
Rusiyanın Barnaul şəhərinin hava limanında “Boeing 767” təyyarəsi sərt eniş edib.
“RİA Novosti” xəbər verir ki, təyyarə aeroporta yanan şassilərlə enib.
Hadisə nəticəsində 49 nəfər xəsarət alıb: onlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicəyə göndərilib.
“Azur Eyr” aviaşirkətinə məxsus təyyarə Vyetnamdan uçuş həyata keçirib, göyərtəsində 331 sərnişin olub.
Barnaul nəqliyyat prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.
/oxu.az