Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” qırıcı təyyarəsi qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də səhər saatlarında ölkənin Qvalior aviabazasından uçuş zamanı baş verib.
Rusiya istehsalı olan qırıcıdakı hər iki pilot katapult edib və sağ qalıb.
Qəzanın səbəbi araşdırılır.