İTV ARB-ni bu yolla tənqid etdi - Video

10:25 - 25 Sentyabr 2019 - Xəbər

İctimai Televiziya ARB-ni üstüörtülü şəkildə tənqid edib. 

Belə ki, bir neçə gün öncə “Sayqa ilə” proqramında müğənnilərdən birinin qarşısında diz çökərək ona evlilik təklifi edən gənc İTV-dəki “3 D” verilişinə dəvət edilib. Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi şounun sonunda sözügedən şəxs efirə daxil olaraq katibə Lyubaya evlilik təklifi edib. Daha doğrusu, ARB-dəki ssenari eynilə İctimai-də təkrarlanıb.

Maraqlı məqam odur ki, Lyuba həmin gəncə efirin bitdiyini xatırladıb ayağa qalxmasını xahiş edib. Gənc isə cavabında “qonorarımı haradan götürə bilərəm?” deyə soruşub. Katibənin isə cavabı belə olub: “Mühasibdən”.

Bununla da kanal reytinq toplamaq üçün ARB-nin efirə ödənişli əsaslarla qonaq dəvət edərək süni yolla şou yaratdığını göstərməyə çalışıb. /qafqazinfo

Xəbər xətti