Konqres Trampa qarşı impiçment proseduruna başlayır

08:37 - 25 Sentyabr 2019 - DÜNYA

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment proseduruna başlayır. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlama verib. İmpiçmentdəki ittihamlarda ABŞ prezidenti də daxil olmaqla qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərinin vəzifədən uzaqlaşdırması tələb edilir. Qeyd edək ki, bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.

Xəbər xətti