Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

08:29 - 24 Sentyabr 2019 - SİYASƏT

ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb.  "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter"dəki səhifəsində bildirib.  O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş başlayıb. 

Xəbər xətti