Ağsuda iki minik avtomobili toqquşub- xəsarət alan var

14:41 - 22 Sentyabr 2019 - HADİSƏ

Ağsu rayonunun Növcü kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallaq Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Xəbər xətti