Sevgilisinə su altında evlilik təklif etmək istədi- boğulub öldü

10:36 - 22 Sentyabr 2019 - Xəbər

ABŞ sakini sevgilisinə evlilik təklif edərkən boğulub, ölüb.

“Lenta.ru” xəbər verir ki, hadisə Tanzaniyada baş verir. ABŞ-ın Luizana ştatının sakini olan Stiven Veber birlikdə tətildə olduğu sevgilisinə məhəbbətini nümayiş etdirmək qərarına gəlib. Bunun üçün o, qeyri-adi evlilik təklifi etməyi fikirləşib.

“Facebook”da yayılmış görüntülərdə onun üzündəki maska ilə müəyyən dərinlikdə sevgilisinə üzük təklif etdiyi görünür.
Bununla belə, onun hansı anda boğulduğu görüntülənməyib./oxu.az

Xəbər xətti