Nazirlik Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

18:22 - 21 Sentyabr 2019 - HADİSƏ

Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də saat 12 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Gəncə şəhər sakini Ü.Şabanov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini, Gəncə şəhər sakini Asif Cəfərov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti