Ər-arvad İrandan Azərbaycana narkotik gətirmək istədi

16:07 - 21 Sentyabr 2019 - HADİSƏ

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir.

DSX-dan verilən məlumata görə, bu ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində və “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 kq 265 qram “tiryək”, 156 qram “heroin” və 107 qram “metamfitamin” narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktlar üzrə cinayət işləri başlanılıb, təqsirləndirilən 2 nəfər Azərbaycan Respublikası vətəndaşları 1981-ci il təvəllüdlü Rzayev Bəhruz Şaird oğlu və 1981-ci il təvəllüdlü Rzayeva Pərvanə Əli qızı barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir./oxu.az

Xəbər xətti