Sərnişin avtobusu partladıldı - 12 ölü

10:58 - 21 Sentyabr 2019 - Xəbər

İraqın Kərbəla şəhərində sərnişinlə dolu mikroavtobus partladılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. İlkin məlumata görə,  partlayıcı qurğu avtobusa Kərbəlanın girişində nəzarət məntəqəsinin yaxınlığında yerləşdirilib. Hücuma görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

Xəbər xətti