Sürücü tərəfindən söyülən yol polisi işdən çıxarıldı

20:14 - 20 Sentyabr 2019 - Xəbər

Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mehdi Səlimov təqaüdə göndərilib.
Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

Xəbər xətti