1000-dən çox abonentin qaz təchizatında fasilə olacaq

12:57 - 20 Sentyabr 2019 - Xəbər

Qusar-Xudat yolunun sol tərəfindən keçən diametri 219 mm olan qaz xəttinin 150 metrlik hissəsinin yeri dəyişdirilir. Bu işə bu gün səhər saatlarından start verilib.

"Azəriqaz" İstehsalat Birliyindən  verilən məlumata görə, təmir müddətində, həmin ərazidə yaşayan mindən çox abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları aşkarlanan qaz sızmalarının ləğvi işlərini də icra edəcəklər./trend

 

Xəbər xətti