Sürücü avtomobildə diri-diri yandı- VİDEO

11:27 - 20 Sentyabr 2019 - HADİSƏ

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb.

 "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşub və aşaraq yanmağa başlayıb. Bu zaman yaralı halda "Mercedes"in içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. Bu, 1988-ci il təvəllüdlü Fuad Şahin oğlu Musazadədir.

"Hyundai-İX35"də olan "Atəşgah" sığortanın əməkdaşı Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Maşının sürücüsü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin görüntülərini təqdim edirik:


/baku.ws

Xəbər xətti